Monakoda Antiquorum hərracında Rusiya prezidenti Vladimir Putinə məxsus Patek Philippe Triple Complication model qol saatı adı açıqlanmayan alıcı tərəfindən əldə olunub. Monakoda Antiquorum hərracında Rusiya prezidenti Vladimir Putinə məxsus Patek Philippe Triple Complication model qol saatı adı açıqlanmayan alıcı tərəfindən əldə olunub.

Putinin qol saatı 1 milyon avroya satıldı - Foto

Monakoda Antiquorum hərracında Rusiya prezidenti Vladimir Putinə məxsus Patek Philippe Triple Complication model qol saatı adı açıqlanmayan alıcı tərəfindən əldə olunub.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu bahalı saat platinli korpusla, əbədi təqvimlə və qızıl siferblatla işlənib. Həmin saat məhdud sayda istehsal olunub.

Bu saat yalnız xüsusi müştərilər tərəfindən məxsusi sifarişlə əldə oluna bilər. Alıcı hərracda bu saata 1,054 milyon avro ödəyib.

Pathek Philippe-dən bildirilib ki, zəmanət pasportunda saatın faktiki alıcısının adı göstərilir və heç bir halda başqa adamın adı ola bilməz. Bu səbəbdən, həmin saatın Putinə məxsus olması ilə bağlı heç bir şübhə qalmır.