16:33
(077) 610-22-33

Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir

  • >
1 278 5 Avqust 2017 19:56 | Dünya

"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.

"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.

Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".

AzNews.az

Bağla X