- Köhnə - Dünya
- 12 Avqust 2017 13:04
- 2 334
Korsika yanır - 700 adam təxliyə olundu
Fransanın Korsika adasında güclü meşə yanğınları səbəbindən 700-ə yaxın adam təxliyə olunub.
AzNews.az “Trend”ə istinadən xəbər verir ki, təxliyə olunanların əksəriyyətinin istirahət üçün adaya gəlmələr olduğu bildirilir.
Daha öncə yanğının Yuxarı Korsika Departamentində baş verdiyi və 70-100 hektar ərazini əhatə etdiyi barədə məlumat verilmişdi.
Qeyd edək ki, iyulun ortalarından başlayaraq yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub.
AzNews.az