13:09
(077) 610-22-33

Stalinin oğlu satqın olub?

  • >
1 578 18 Fevral 2013 16:12 | Dünya

Almaniyalı kəşfiyyatçıların apardığı araşdırma nəticəsidə çox maraqlı bir fakt ortaya çıxıb.



Araşdırma nəticəsində Stalinin oğlu Yakov Cuqaşvili satqın və alman ordusuna könüllü təslim olması bəlli olub.

Məlumat üçün deyək ki, illərdir hər kəs Stalinin oğlunun 1941-ci ildən Minsk ordusu tərəfindən girov götürüldüyü hesab edirdi.

Araşdırma nəticəsində həmçinin sovet hökumətinin bu işdən xəbərdar olduğu və illər boyu bunu mətbuatdan gizlətdikləri faktı da ortaya çıxıb.

Arxivlərdə tapılan sənədlərdə göstərilir ki, Yakov Cuqaşvili Qırmızı orduya nifrət edib və heç vaxt vətənə xidmət etmək istəməyib.

Stalinin öz boyük oğlunu sevməməsi də heç kimə sirr deyil. Hələ SSRİ dövründə Stalin dəfələrlə böyük oğlunun sözə baxmadığını və vaxtının əksər hissəsini xaricdə keçirməsindən şikayətlənirdi.

Qeyd edək ki, Stalinin böyük oğlu Yakov Cuqaşvili 1943-cü ildə həbsxanada intihar edib.

Aynur Hüseynova
AzNews.az

Bağla X