İngilis futbolçu Ueyn Runi Çeşir məhkəməsinin çıxardığı qərarı qəbul edib. İngilis futbolçu Ueyn Runi Çeşir məhkəməsinin çıxardığı qərarı qəbul edib.

Ueyn Runi 2 il avtomobil sürməyəcək – Məhkəmə qərarı

İngilis futbolçu Ueyn Runi Çeşir məhkəməsinin çıxardığı qərarı qəbul edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, futbolçunun 2 il müddətində avtomobil sürməsinə qadağa qoyulub. Bundan başqa, futbolçu 100 saat ərzində ictimai xidmətlə məşğul olacaq.

Ueyn Runi bir müddət əvvəl içkili halda avtomobil idarə edərkən saxlanılmış və həbs edilmişdi.

Ueyn Runi hazırda “Everton” futbol klubunun formasını geyinir.

Runi etdiyi hərəkətə görə üzr istəyib.

“Mən artıq ailəmdən, menecerimdən, sədrdən və “Everton”da hər kəsdən üzr istəmişəm. İndi isə kariyeram ərzində məni dəstəkləyən bütün azarkeşlərimdən üzr istəyirəm” – deyə Runi qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az