Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının iclasında çıxışını “itin hürməsi”nə bənzədib. Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının iclasında çıxışını “itin hürməsi”nə bənzədib.

“İt hürər, karvan keçər” – Ş.Koreyalı ali diplomatın Trampla bağlı ifadəsi

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının iclasında çıxışını “itin hürməsi”nə bənzədib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp çıxışı zamanı bildirib ki, Şimali Koreya Amerika Birləşmiş Ştatları və ya onun müttəfiqlərinə qarşı hər hansı bir təhlükə törədərsə, bu ölkəni tamamilə məhv edəcək.

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho Trampın çıxışına ilk reaksiya bildirən şəxs olub.

“Əgər Tramp hesab edirsə ki, it kimi hürməklə bizi təəccübləndirə biləcək, bunda çox yanılır, xülyalara qapılır”

Tramp bir neçə gün əvvəl Şimali Koreya lideri Kim Çen Inı “roket adam” adlandırmış və bildirmişdi ki, onun siyasi xətti özünün və rejiminin intiharına gətirib çıxaracaq.

Bəxtiyar Abbasov

AzNews.az