Ötən gün Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində güclü partlayış olub. Ötən gün Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində güclü partlayış olub.

Ermənistanda hərbi hissədə partlayış olub

Ötən gün Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində güclü partlayış olub.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, nəticədə çoxlu sayda erməni əsgər ölüb və yaralanıb.

Partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.