Misirdə təhlükəsizlik qüvvələrinin hədəf alındığı silahlı hücumda içərisində polis və əsgər olmaqla 50 nəfər həyatını itirib. Misirdə təhlükəsizlik qüvvələrinin hədəf alındığı silahlı hücumda içərisində polis və əsgər olmaqla 50 nəfər həyatını itirib.

Misirdə silahlı hücum - 21 polis, 29 əsgər öldü

Misirdə təhlükəsizlik qüvvələrinin hədəf alındığı silahlı hücumda içərisində polis və əsgər olmaqla 50 nəfər həyatını itirib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misirdə təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, silahlı dəstənin bir evə basqın hazırlaması xəbərini verən zəngin ardından yola düşən polis və əsgərlərdən ibarət avtomobil pusquya düşüb və silahlı basqına məruz qalıb.

Təhlükəsizlik əməkdaşıları və həkimlərdən əldə edilən məlumata görə, ən azı 50 təhlükəsizlik işçisi həyatını itirib. Ölənlərin 21-si polis, 29-u isə əsgər olub.

Polis alayının güclü partlayıcı və raket dağıdıcı güclə hədəf alındığı silahlı hücum paytaxt Qahirə şəhərindən təxminən 300 km cənub-qərbdə yerləşən Bahariya ərazisində baş verib.

Yerli mətbuatın məlumatına görə hücuma görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb. Lakin, bəzi media qurumları bunu təkzib edir. Həmasın açıqlamalarını yaymaq üçün istifadə etdiyi Twitter hesabının oktyabrın 2-dən etibarən aktiv olmadığı bildirilib.