00:53
(077) 610-22-33

Dünyəvi dinlərin toqquşduğu məkan - Qüdsün sahibi kimdir?

  • >
2 106 7 Dekabr 16:08 | Dünya

Qüds əsrlər boyu müharibələrə zəmin yaradan şəhər olub.

Qüds - (Yerusəlim) Aralıq dənizi ilə Ölü dəniz arasındakı İudey dağlarındakı yayla ərazisində yerləşən Yaxın Şərq şəhəri.

Həm israillilər, həm də fələstinlilər Yerusəlimi özlərinin paytaxtı hesab edirlər, İsrail dövləti əsas dövlət orqanlarını şəhərdə saxlayır, Fələstin dövləti isə şəhəri gələcək siyasi mərkəzi kimi görür; lakin iddialardan heç biri geniş beynəlxalq ictimayət tərəfindən tam dəstəklənməyib.

Dünyanın ən qədim şəhərlərindən biri olan Yerusəlim, Mesopotamiyanın mixi yazılı mənbələrində (e.ə. 2400) "Urusalima"adlandırılır ki, bu da Kənanilərin tanrısı Şalemin adı ilə bağlı olub "Şalemin şəhəri" anlamını verir. İsrailoğulları dövründə e.ə. IX əsrdə şəhər ərazisində geniş quruculuq işləri başlanmış, Yəhuda krallığı dövründə isə şəhər dini və inzibati mərkəzə çevrilib.Tarixi boyunca Yerusəlim ən azı 2 dəfə tamamilə dağıdılmış, 23 dəfə mühasirəyə alınmış, 52 dəfə hücuma məruz qalmış və 44 dəfə işğal edilmişdir. Yerusəlimin David şəhəri adlanan hissəsi e.ə. IV minillikdən məskunlaşıb. Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə şəhər ətrafında Yerusəlim qalası inşa edilib. Hazırda şəhərin həmin qala divarları ilə əhatələnmiş hissəsi Qədim şəhər adlandırılır və dörd məhəlləyə bölünür və həmin məhəllələr XIX əsrdən etibarən Erməni, Xristian, Yəhudi və Müsəlman məhəllələri kimi tanınır. 1981-ci ildə Yerusəlimin Qədim şəhəri UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb. Müasir Yerusəlim şəhəri Qədim şəhərin qala divarları ətrafında formalaşaraq inkişaf edib.

Qüdsün statusu – qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Bu gün "Yaxın Şərq dördlüyü" tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 60 ildən artıqdır davam edən münaqişəni "ölü nöqtədən" tərpətməyə yönəlmiş səylərini davam etdirir. Lakin ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir.

Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.

Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

Köhnə Şəhərə yeddi qapıdan birindən keçməklə daxil olmaq olar. Köhnə Şəhər dörd məhəllədən - müsəlman, yəhudi, xristian və erməni məhəllələrindən ibarətdir. İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosaküçəsi, yaxud "Kədər Yolu" məhz müsəlman məhəlləsindən başlayır. "Kədər Yolu" - İsa peyğəmbərin Ponti Pilatdan Qolqofaqədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.

Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar Ağlama divarı adlanır. Yəhudilər buraya məhv olmuş Məbədə kədərlərini ifadə etmək üçün gəlirlər. Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazaraq divardakı deşiklərə soxurlar. Onlar ümid edir ki, Tanrı onların dualarını eşidəcək.

mənbə: wikipedia

Bağla X