Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü İntifadanın başlandığını bəyan edib. Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü İntifadanın başlandığını bəyan edib.

HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü İntifadanın başlandığını bəyan edib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.

“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə A.Alkanu bildirib.

Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.