İctimai və özəl sektorda işləyənlərin qatıldığı tətil səbəbindən bu gün Yunanıstanda təyyarə, qatar və gəmi səfərləri təxirə düşüb. Yalnız ictimai nəqliyyat müəyyən fasilələrlə xidmət edir, xəstəxanalar sadəcə təcili məqamlarda xəstə qəbul edir, məktəblər isə bağlıdır. İctimai və özəl sektorda işləyənlərin qatıldığı tətil səbəbindən bu gün Yunanıstanda təyyarə, qatar və gəmi səfərləri təxirə düşüb. Yalnız ictimai nəqliyyat müəyyən fasilələrlə xidmət edir, xəstəxanalar sadəcə təcili məqamlarda xəstə qəbul edir, məktəblər isə bağlıdır.

Yunanıstanda genişmiqyaslı tətillər həyatı iflic etdi

İctimai və özəl sektorda işləyənlərin qatıldığı tətil səbəbindən bu gün Yunanıstanda təyyarə, qatar və gəmi səfərləri təxirə düşüb. Yalnız ictimai nəqliyyat müəyyən fasilələrlə xidmət edir, xəstəxanalar sadəcə təcili məqamlarda xəstə qəbul edir, məktəblər isə bağlıdır.

AzNews.az xəbər verir ki, ictimai və özəl sektorda işləyənlərin hökumət kreditorları ilə "sərt qənaət" tədbirləri üçün əldə etdiyi razılaşmaya qarşı ümumi etiraz tətili həyatı iflic edib. Yunanıstanda cəmiyyət işçilərinin federasiyası, İşçi Birliklərinin Ümumi Konfederasiyası kollektiv müqavilələr, tətil haqları və minimum əməkhaqqının artırılması çağırışı ilə tətil qərarı verib.

Tətilə nazirliklərdəki məmurlar, həkimlər, müəllimlər, jurnalistlər, notariuslar, vəkillər və nəqliyyat işçiləri qatılıb. Bu gün ölkədə xəstəxanalar sadəcə təcili xidmətləri həyata keçirib, ilk və orta səviyyəli məktəblər bağlı olub.

Mülki Aviasiya Təşkilatının da tətilə qatılması səbəbindən bir çox uçuşlar təxirə salınıb və ya gecikmələr yaşanıb. Tətilə gedən Yunanıstan Dənizçilər Federasiyası gəmi səfərlərinin 24 saat boyunca durdurulmasına qərar verib. Paytaxt Afinada ictimai nəqliyyat müəyyən fasilələrlə işləyir. Bundan başqa, həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunan aksiyalar səbəbindən günortadan sonra şəhər mərkəzindəki yollar bağlanıb.

Digər tərəfdən, jurnalistlərin də tətilə qatılması ilə televiziyalarda xəbər yayımları təxirə düşüb, sabah isə qəzetlər dərc edilməyəcək.