00:49
(077) 610-22-33

Etirazçılar polis məntəqəsini yandırdı

  • >
442 3 Mart 2013 08:44 | Dünya

Misirin Əl Mənsurə şəhərində martın 2-də baş vermiş kütləvi iğtişaşlarda bir nəfər ölüb, onlarla etirazçı yaralanıb. APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb. Qeyri rəsmi məlumata görə, Xossam Abdulla Əbdüləzim adında etirazçı aksiya dağıdılarkən polis avtomobilinin altında qalaraq ölüb.

Etiraz aksiyası həmçinin Misirin Port Səid şəhərində də keçirilib, bu aksiyada 500-dən çox etirazçı iştirak edib. Aksiya iştirakçıları 70 nəfərin ölməsi ilə nəticələnən 2012-ci ildə stadionda baş vermiş iğtişaşların təşkilatçılarına qarşı çıxarılmış hökmün ləğv olunmasını tələb edib. Etirazçılar polis məntəqəsinə daş və yandırıcı maye doldurulmuş şüşə qabları atıb. Port Səiddə ölən və ya yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, Misirdə iğtişaşlar ABŞ dövlət katibi Con Kerrinin ölkəyə rəsmi səfəri fonunda baş verir.
Bağla X