Ukrayna parlamentinin yanında polislə mitinq iştirakçıları arasında toqquşma baş verib. Ukrayna parlamentinin yanında polislə mitinq iştirakçıları arasında toqquşma baş verib.

Ukraynda polislə mitinq iştirakçıları toqquşdu

Ukrayna parlamentinin yanında polislə mitinq iştirakçıları arasında toqquşma baş verib.

AzNews.az xəbər verir ki, aksiya iştirakçıları Rusiya bayrağını yandırmaq istəyəndə polis hadisəyə müdaxilə edib. Nəticədə kütləvi dava meydana gəlib. Hazırda vəziyyət stabilləşib.

Bu gün Ukrayna Radası yaxınlığında "Revanşa stop" adlı aksiya keçirilir. Aksiya iştirakçılarının tələbi parlament tərəfindən Donbass və korrupsiyaya qarşı məhkəmə haqqında qanunun qəbul edilməsidir. Bununla yanaşı, Rsiya şirkətlərinə qarşı yeni sanksiyaların qəbul eilməsi, bəzi siyasətçilərin məsuliyyətə cəlb edilməsi də tələb edilir(ölkə.az).