Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus olan "Roshen" şirkətinin baş direktoru Vyaçeslov Moskalevski Lipetskdəki zavodu qiyməti 200 milyon dollardan az olmamaq şərtilə satmaq niyyətindədir. Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus olan "Roshen" şirkətinin baş direktoru Vyaçeslov Moskalevski Lipetskdəki zavodu qiyməti 200 milyon dollardan az olmamaq şərtilə satmaq niyyətindədir.

Poroşenkonun zavodu 200 milyona satılır

Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus olan "Roshen" şirkətinin baş direktoru Vyaçeslov Moskalevski Lipetskdəki zavodu qiyməti 200 milyon dollardan az olmamaq şərtilə satmaq niyyətindədir.

AzNews.az xəbər verir ki, o, hal hazırda bu zavodu lazımsız sayır. Moskalevski daha sonra bunları deyib: "Mənim üçün iki yüz milyon dolları Rusiyada heç kim ödəməyəcək. Amma daha aşağı qiymətə onu satmaram".

O, həmçinin Lipetsk qənnadı zavodunun bazar qiyməti ilə satın alınmadığı təqdirdə çürüməsini üstün tutduğunu da əlavə edib.

Ötən il "Roshen"in Lipetskdəki fabrikində müvəqqəti olaraq işlər dayanmışdı.