Türkiyə əsgərinin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı əməliyyat Amerika və Avropada böyük bir gərginliyə yol açıb. Türkiyə əsgərinin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı əməliyyat Amerika və Avropada böyük bir gərginliyə yol açıb.

Merkel Türkiyənin Afrin əməliyyatından narahatdır

Türkiyə əsgərinin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı əməliyyat Amerika və Avropada böyük bir gərginliyə yol açıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytun Budağı" əməliyyatı 33-cü günündə də əzmlə davam edib.

Almaniyanın kansleri Merkelin liderlik etdiyi Xristian Demokrat Birliyi Partiyasının sözçüsü Jurgen Hardt Türkiyəyə Afrində terror təşkilatı olan YPG-yə qarşı apardığı hərbi əməliyyatın sona çatdırılması və bölgədən çəkilməsi ilə bağlı çağırış edib.

Hardt "Bu əməliyyatın münasib olmadığını düşünürəm. Türk hökumətinin bu əməliyyatı sürətli bir şəkildə sonlandırmasını və Suriya ilə sərhədinin nəzarətinə diqqət ayırmasını istəyirəm", deyə açıqlama verib.