Cənubi Koreyada dövlət qulluqçularının müəyyən olunmuş iş vaxtından əlavə çalışmaq istəyinin qarşısını almaq üçün tədbirlər görülməsi qərara alınıb. Cənubi Koreyada dövlət qulluqçularının müəyyən olunmuş iş vaxtından əlavə çalışmaq istəyinin qarşısını almaq üçün tədbirlər görülməsi qərara alınıb.

Əlavə iş saatı qadağan olunur

Cənubi Koreyada dövlət qulluqçularının müəyyən olunmuş iş vaxtından əlavə çalışmaq istəyinin qarşısını almaq üçün tədbirlər görülməsi qərara alınıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, dövlət qulluqçularının kompüterləri cümə günü iş gününün sonunda söndürüləcək.

Buna baxmayaraq, dövlət qulluqçularının 67,1%-i yeni qaydadan azad olmaq istəyir.

Yeni qayda, sadəcə, paytaxt Seulda tətbiq olunacaq. Qaydaya əsasən, dövlət qulluqçularının iş saatları mərhələli şəkildə aşağı salınacaq. Belə ki, martın 30-da dövlət qulluqçularının kompüterləri yerli saatla 20:00-da söndürüləcək. Aprel ayının ikinci və dördüncü həftələrindəki cümə günlərində isə kompüterlər 19:30-da söndürüləcək. May ayından etibarən isə dövlət qulluqçuları hər cümə günü saat 19:00-dək çalışacaq.

Cənubi Koreya ən çox iş saatı olan ölkədir. Burada dövlət qulluqçuları ildə 2 739 saat çalışırlar. Bu isə inkişaf etmiş ölkələrin ortalama iş vaxtından min saat çoxdur.