Suriya rəhbərliyi Bəşər Əsədin tapşırığı ilə xalqa qarşı kimyəvi silahdan istifadə üçün hazırlıqlara başa çatdırıb Suriya rəhbərliyi Bəşər Əsədin tapşırığı ilə xalqa qarşı kimyəvi silahdan istifadə üçün hazırlıqlara başa çatdırıb

Kimyəvi silah istifadəyə hazırdır - General

Suriya rəhbərliyi Bəşər Əsədin tapşırığı ilə xalqa qarşı kimyəvi silahdan istifadə üçün hazırlıqlara başa çatdırıb



Bunu İsrailin ordu kəşfiyyatının rəhbəri, general Aviv Koçavi bildirib. General Bəşər Əsədin gün keçdikcə daha da gücdən düşdüyünü bildirərək xalqa qarşı kimyəvi silahdan istifadənin son mərhələsinə gəldiyini vurğulayıb.

İsraildə keçirilən konfransda çıxış edən general kimyəvi silahların istifadə üçün tamamilə hazır vəziyyətinə gətirildiyini deyib. General "Ancaq Əsəd hələ kimyəvi silahdan istifadə əmri verməyib" deyə qeyd edib.

General həmçinin indiyə qədər Suriyada 13 min əsgərin həlak olduğunu, 40 min əsgərin isə ordudan fərarilik etdiyini vurğulayıb.
.
Elnarə Əlosmanqızı
AzNews.az