Bütün ailənin üstünə benzin töküb yandırdı Bütün ailənin üstünə benzin töküb yandırdı

Qısqanc ər dəhşəti

Bütün ailənin üstünə benzin töküb yandırdı




Rostovda həyat yoldaşının onu tərk edəcəyindən qorxan ər özünün, xanımının və övladının üzərinə benzin tökərək yandırıb. Hadisə zamanı evdə olan qadının bacısı da xəsarət alıb. Nəticədə 4 nəfər ağır yanıqlarla xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, 33 yaşlı Vadimir P. Xanımı ilə dalaşaraq evi tək edib. Getdiyi 1 həftə müddətində həyat yoldaşının ondan ayrılıb özünə başqa sevgili tapacağından qorxan ər gözlənilmədən əlində benzin qabı ilə evə gəlib.

Özünün, xanımının və bir yaşlı oğlunun üstünə benzin tökərək yandıran ərin hərəkəti evdə olan hamını təhlükəyə atıb. Qonşular baş verənləri görərək evə polis çağırıb. Hazırda onlardan ən ağır vəziyyətdə olan uşaqdır ki, o da reanimasiyaya yerləşdirilib.

Elnarə Əlosmanqızı
AzNews.az