00:26
(077) 610-22-33

Kral ailəsinə məxsus mavi almaz hərracda satıldı - 6,7 milyon dollara

  • >
1 758 16 May 16:16 | Dünya

Mavi almaz İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 6,7 milyon dollara satılıb. Alıcının kimliyi açıqlanmır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, BBC-nin məlumatına görə, hərraca çıxarılan 6,1 karatlıq almaz İspaniya Kralı V Felipenin 1715-ci ildə evləndiyi Parma Dükünün qızı Elisabeth Farneseyə toy hədiyyəsi olub.

Üç yüz il boyunca İspaniya, Fransa, İtaliya və Avstriya zadəganlarının sahib olduğu bu nadir almazın Hindistanın Golconda mədənindən çıxarıldığı deyilir.

AzNews.az

Bağla X