Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb. Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

Əfqanıstanda 20 polis öldürüldü

Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub.

AzNews.az