Macarıstanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb. Macarıstanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb.

Macarıstanda mikroavtobus qəzaya uğradı - 9 nəfər öldü

Macarıstanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb.

“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın Daxili İşlər Nazirliyi yayıb.

Hadisə mayın 23-də gecə saatlarında Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.

Mikroavtobusun Rumıniya vətəndaşının olduğu bildirilib.

Məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub.

Ölənlərdən 4 nəfəri Rumıniya vətəndaşıdır. Qəzanın digər qurbanlarının şəxsiyyəti müəyyənləşdirilir.

AzNews.az