Gürcüstanda müstəqillik günü və ilk republikanın yaranmasının 100 illik yubileyi qeyd olunur. Gürcüstanda müstəqillik günü və ilk republikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.

Gürcüstanda müstəqillik günü qeyd olunur - Fotolar

Gürcüstanda müstəqillik günü və ilk republikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayramla bağlı əsas tədbirlər Tbilisinin mərkəzi Azadlıq meydanı və Rustaveli prospektində keçirilir.

Tədbirlər çərçivəsində Gürcüstanın ABŞ-dan yeni aldığı “Javelin” tank əleyhinə daşınan raket kompleksi daxil olmaqla müxtəlif hərbi texnika və avadanlıqların sərgisi təşkil olunub.

Rustaveli prospektində dövlət qurumları və özəl şirkətlərin pavilyonları, müxtəlif mövzular üzrə sərgilər, əyləncəli oyunlar, konsert proqramları nümayiş etdirilib.

Bayram qonşu ölkənin Kutaisi, Qori, Rustavi, Marenuli kimi digər şəhər və bölgələrində də geniş qeyd olunur.

AzNews.az

image description image description image description image description image description image description