- Köhnə - Dünya
- 19 İyun 2018 18:58
- 2 979
Kiyevdəki etiraz mitinqində 10 nəfər xəsarət alıb
Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mitinqində aksiyaçılarla polis arasında toqquşma nəticəsində yaralananların sayı 10-a çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kiyev Polis İdarəsinin rəisi Andrey Krişenko bildirib.
Məlumatda qeyd edilib ki, Ukrayna parlamentinin binasının təhlükəsizliyini 500 asayiş keşikçisi təmin edirmiş.