London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb. London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb.

Londonda bomba həyəcanı - Yenilənib

London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb.

Trend-in məlumatına görə, saxlanılma barədə xəbəri Skotland-Yard təsdiq edib.

Məlumata görə, həmin şəxs Böyük Britaniya nəqliyyat polisi tərəfindən saxlanılıb. Saxlanılma zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, daha öncə Çarinq-Kross vağzalı naməlum şəxs tərəfindən binaya bomba qoyulması xəbəri səbəbindən təxliyə edilmişdi.

***
11:45

Londonda naməlum şəxs özündə bomba olmasını bildirdikdən sonra “Charing Cross” dəmiryol vağzalı təxliyə edilib və müvəqqəti olaraq bağlanıb, ətraf ərazilər isə polis tərəfindən mühafizə altına alınıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Daily Telegraph” qəzetində dərc olunub.

“Dəmiryol xətlərinin üzərində bomba gəzdirdiyini iddia edən şəxs barədə bizə daxil olan məlumatdan sonra “Charing Cross” vağzalında baş verən insidentlə bağlı təhqiqata başladıq”, - deyə Britaniyanın nəqliyyat polisinin məlumatında deyilir.

Skotland-Yardın bəyanatında qeyd olunur ki, vağzal təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub, hazırda ora giriş bağlıdır. Şimala hərəkət edən qatarlar stansiyada dayanmır.

Son məlumata görə, şübhəli şəxs tutulub. Vağzalın fəaliyyəti tezliklə bərpa olunacaq.

AzNews.az