Almaniyanın “BMW” avtomobil şirkətinə Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək planları barədə konkret məlumat lazımdır. Almaniyanın “BMW” avtomobil şirkətinə Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək planları barədə konkret məlumat lazımdır.

“BMW” şirkəti “Brexit”dən sonra ehtiyat variantlar axtarışındadır

Almaniyanın “BMW” avtomobil şirkətinə Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək planları barədə konkret məlumat lazımdır.

AZƏRTAC BBC mediaşirkətinə istinadla xəbər verir ki, “BMW” avtomobil şirkətinin direktorlar şurasının üzvü, Birləşmiş Krallıqda satış üzrə məsul Yan Robertson “Brexit” məsələsinin gələcəkdə konsernə təsirinə dair fikirlərini bölüşüb. O deyib: “Əgər yaxın bir neçə ay ərzində biz bu məsələyə aydınlıq gətirməsək, o halda ehtiyat variantlara hazırlığa başlamalıyıq. Bu isə Böyük Britaniyada rəqabətqabiliyyətliliyin azalması deməkdir”.

Robertsonun sözlərinə görə, “Brexit” mövzusu mühüm əhəmiyyət kəsb edir. Çünki bu, “BMW” üçün mənfi nəticə verə bilər. Xüsusilə də ona görə ki, konsern “bizə lazım olmayacaq konstruksiyaların, ehtimal ki, istifadə etməyəcəyimiz anbarların da yaradılmasına investisiya qoyur”, - deyə Y.Robertson bildirib.

“BMW” şirkəti Böyük Britaniyada “Mini” və “Rolls Royce” markalı avtomobillər istehsal edir. Konsernin zavodlarında səkkiz minə yaxın insan işləyir.

AzNews.az