ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dahi şəxsiyyət” adlandırıb. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dahi şəxsiyyət” adlandırıb.

Tramp Kimi “dahi şəxsiyyət” adlandırdı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dahi şəxsiyyət” adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.

“Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, - deyə Tramp qeyd edib.

“Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib”, - deyə D.Tramp əlavə edib.

Qeyd edək ki, tarixdə ilk ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib.

AzNews.az