İraqın cənubundakı Nəcəf, Kərbəla, Maysan və Bəsrə şəhərlərində komendant saatı rejimi tətbiq edilib. İraqın cənubundakı Nəcəf, Kərbəla, Maysan və Bəsrə şəhərlərində komendant saatı rejimi tətbiq edilib.

Bu dövlətdə komendant saatı tətbiq olundu - Fotolar

İraqın cənubundakı Nəcəf, Kərbəla, Maysan və Bəsrə şəhərlərində komendant saatı rejimi tətbiq edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb elektrik kəsintisi və kommunal xidmətin acınacaqlı vəziyyətdə olması ilə əlaqadar edilən kütləvi etirazların qarşısını almaqdır.

Nəcəf şəhərinin mərkəzi küçələrinə hərbi texnika gətirilib.

İraqın daxili işlər naziri Qasim al-Araci yenidən etiraz aksiyalarının olacağı təqdirdə iştirakçıların həbs olunacaqlarını bildirib.

Növbəti əmrə qədər əhalinin küçəyə çıxması qadağan edilib.

Qeyd edək ki, etiraz aksiyaları bir həftə əvvəl Bəsrə liman şəhərində start götürüb. Etirazçılardan birinin ölməsi vəziyyətin gərginləşməsinə səbəb olub.