İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı durmadan artır. İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı durmadan artır.

İranda bir gündə 3 zəlzələ - 146 yaralı (Foto +Yenilənib)

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı durmadan artır.

AzNews.az xəbər verir ki, Bu barədə İranın yerli mətbuatında məlumat yer alıb.

Xəsarət alanların sayının artıq 146 nəfərə çatdığı bildirilir.

***

18:41

İranda sutka ərzində 3-cü zəlzələ qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

İranın qərb əyaləti Kermanşahda baş verən zəlzələ nəticəsində azı 128 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

17:43

=

AzNews.az-ın məlumatına görə, təkanlar bu dəfə İranın qərbində hiss olunub.

Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub.

Nəticədə 26 nəfər xəsarət alıb.

***

12:43

Bu gün İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub.

AzNews.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Təkanlar Hormozqan əyalətində yerləşən, Ruydar şəhərində hiss olunub.

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, 2003-cü il Bam şəhərində baş verən zəlzələ 26.000 insanın həlak olması ilə nəticələnmişdi.

12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub, 600-dən çox insan ölüb.

image description