Pentaqon rəhbəri Ceyms Mettis istefası haqqında yayılan şayiələri təkzib edib. Pentaqon rəhbəri Ceyms Mettis istefası haqqında yayılan şayiələri təkzib edib.

Pentaqon rəhbəri istefaya gedir? - Özü danışdı

Pentaqon rəhbəri Ceyms Mettis istefası haqqında yayılan şayiələri təkzib edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Mən (bu barədə xəbərləri – red) ciddi qəbul etməzdim. Şayiələrə yumorla yanaşın", - deyə ABŞ-ın müdafiə naziri bildirib.

Qeyd edək ki, Mettisin istefya gedəcəyi barədə xəbəri "The New York Times" yayıb. Müdafiə nazirinə bu haqda sualı da həmin mətbu orqan ünvanlayıb.

Bir qədər əvvəl yayılan xəbərdə bildirilirdi ki, prezident Donald Tramp noyabrın ortasında baş tutacaq seçkilərdən sonra Mettisin istefası barədə düşünür. Ağ Ev rəhbərinin özü də bu barədə xəbəri təkzib edib.

AzNews.az