Nigeriyada ailələr borclarını ödəmək üçün qızlarını satışa çıxarırlar. Nigeriyada ailələr borclarını ödəmək üçün qızlarını satışa çıxarırlar.

"12 yaşımda zorlandım... O, babam yaşında idi" - Pul gəlini (Foto, video)

Nigeriyada ailələr borclarını ödəmək üçün qızlarını satışa çıxarırlar.

AzNews.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu bəxtsiz qızlardan biri jurnalistlərə müsahibə verib.

“Bizə pul gəlini deyirlər. Uşaq ikən babam yaşda kişi ilə evləndirildim. 12 yaşımda hamilə qaldım”, - deyə qız bildirib.

Pul gəlini Doroti anası və əmisi tərəfindən satılıb:

“Ərə verildiyim şəxs məni zorlaya bilmək üçün bir nəfər əlimi və ayaqlarımı tuturdu. 3 kişi və bir qadın isə qaçmağımın qarşısını alırdı.

Zorlandım. O, yaşlı idi. Mənə yaxşı davranmırdı. Döyürdü. Bir dəfə də məni öldürsə, heç kəsin ona nəsə deməyəcəyini bildirdi.

Nigeriyada uşaq hüquqlarının müdafiəçisi Akonam Riçards bu adətlə bağlı deyib: “Bəziləri uşaqları işlədir, bəziləri də fahişəliyə cəlb edir. Hamilə qalanda Pul Gəlinin sahibi sevinir. Yeni uşaq yeni pul deməkdir”.