Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı baş tutub. Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı baş tutub.

Putinlə Əsəd telefonda danışdı – Qərar verildi

Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı baş tutub.

AzNews.az Rusiya Prezident Aparatı – Kremlin saytına istinadən xəbər verir ki, telefon söhbətində B. Əsəd “İl-20” döyüş təyyarəsinin vurulması və yaşanmış faciə ilə bağlı Putinə başsağlığı verib.

Rusiya prezidenti Bəşər Əsədə Suriyadakı Rusiya Hərbi Qüvvələrinin təhlükəsizliyini təmin etmək və Suriya hava müdafiə sistemini inkişaf etdirmək, həmçinin “S-300” anti-raket müdafiə sisteminin Suriyaya göndərilməsi ilə bağlı qərarını bildirib.

Hər iki prezident Suriyada uzunmüddətli sülh əldə etmək üçün birgə səylər göstərməyə hazır olduğunu qeyd edib.

Telefon danışığının nəticəsi olaraq, müxtəlif sahələr üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Nurlan AĞA
AzNews.az