Atasının cinsi zorakılığından xilas olmaq üçün polisə sığındı. Atasının cinsi zorakılığından xilas olmaq üçün polisə sığındı.

Atası tərəfindən zorlanan qız polisə sığındı

Atasının cinsi zorakılığından xilas olmaq üçün polisə sığındı.

Türkiyənin Zonquldak əyalətində 17 yaşlı məktəb şagirdi P.E. atasının illərdir ona cinsi zorakılıq etdiyini və anasına deməsinə baxmayaraq kömək almadığını deyərək polisə müraciət edib.

Türkiyə mediası xəbər verir ki, öz imkanları ilə Zonquldak polis bölməsinin uşaq şöbəsinə yaxınlaşan P.E. illərdir zorakılığa məruz qaldığı üçün şikayətçi olub.

O, uzun illərdir evdə bir məhbus kimi saxlanaraq cinsi zorakılığa məruz qalıb və qışqırmasına, kömək istəməsinə anası göz yumub. Hüquq mühafizə orqanları hər iki “valideyni” saxlayıb. İttihamı qəbul etməyən H.E. həbs olunaraq hakim qarşısına çıxarılıb.

Zərərçəkən qız dövlət tərəfindən qoruma altına alınıb. (minval.info)

AzNews.az