20:00
(077) 610-22-33

9 ipucunu tap, 1 milyon avroya sahib ol

  • >
325 1 Aprel 2013 17:18 | Dünya

Vyetnam müharibəsi qəhrəmanı amerikalı Forrest Fenn xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra maraqlı bir addım atıb.
F.Fenn qızıl, almaz və zümrüdlərdən ibarət olan 1 milyon avro dəyərindəki sərvətini bir sandığa qoyaraq ABŞ-ın Nyu Mexiko ştatındakı Santa Fe bölgəsinə basdırıb.

Xəzinə ovçularının sandığı tapması üçün bir şeir də yazan Fenn, şeirdə sandığın yerini göstərən 9 ipucu verib. Böyrək xərçəngi olan və tezliklə öləcəyini düşünən F.Fenn bu addımı ilə insanlarda təbiət sevgisi aşılamaq istədiyini bildirib: "Uşaqların təbiətə çıxıb hərəkət etməyini, günəşi və ağacları sevməyini istəyirəm. Uşaqlarınızı alın və balıq tutmağa gedin, xəzinəyə çatmaq üçün lazımlı vəsaitləri də yanınızda aparın".

Fennin sandığı hara basdırması ilə bağlı verdiyi tək açıq ipucu isə həmin yerin dənizdən 1500 metr yüksəklikdə olmasıdır. Ancaq bu ipucu xəzinə ovçularının işinə yaramır, çünki Nyu Mexikonun dənizdən orta yüksəkliyi 1700 metrdir.

AzNews.az
Bağla X