18:16
(077) 610-22-33

“Toy təyyarəsi“ hərbi aeroporta endi

  • >
4 080 2 May 2013 21:09 | Dünya

Hindistanlı milyarder Qupta ailəsinin toyu üçün Yeni Dehlidən havaya qalxan, içərisində 200 nəfərin olduğu şəxsi təyyarənin Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyadakı hərbi aeroporta enməsi ölkəni qarışdırdı



Bu barədə Trend Türkiyənin "Zaman" onlayn-qəzetinə istinadən məlumat verir.

Prezident Adminitrasiyasının rəhbəri Kollins Kabane ölkənin ən strateji hərbi hava limanına "toy təyyarə"sinin enməsini pislədiyini və dövlət protokolu nazirinin vəzifəsindən azad edildiyini açıqlayıb.
"Hərbi aeroporta "toy təyyarəsi"nin enməsi Cənubi Afrika Respublikasını ələ salmaq deməkdir. ABŞ olsaydı, bu uçuşa icazə verməzdi. CAR-ı "banan respublikası" vəziyyətinə gətirdilər", - Cənubi Afrika Sindikatlar Birliyinin baş katibi Zvelinzima Vavi deyib.

Kabane polisin Quptaların toyunu müşayiət edəcəyi ilə bağlı yayılan xəbərlərə şərh verməyəcəyini desə də, polis rəisi Nati Mtetva bunun qeyri-qanuni olduğunu və məsələnin araşdırılacağını bildirib.

CAR Prezidenti Ceykob Zumaya yaxın olduğu bilinən Qupta ailəsi hakim ANC partiyasını dəstəkləyən gündəlik "New Age" qəzetinin sahibidir.
Qupta ailəsinin paytaxt Pretoriyanın yaxınlığında "Sun City" əyləncə mərkəzindəki toyuna iqtidar nümayəndələrinin əksəriyyətinin dəvət edilməsi diqqətdən yayınmayıb. Lakin Zumanın toyda iştirak etməyəcəyi bildirilir.

AzNews.az
Bağla X