10:49
(077) 610-22-33

Feministlərdən etiraz

  • >
405 13 May 2013 17:50 | Dünya

Britaniyanın "The Women`s Room" feminist təşkilatı Britaniya Bankının 2010-cu ilin Bərabərlik Aktının pozulması iddiası ilə çıxış edib. Bu barədə The Guardian-dan məlumat verilib.

Bankın rəhbərliyi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edən qanunun müddəalarının pozulması ilə ittiham edilir. Feministlər 5 funtluq pul vahidinin üzərindəki ictimai xadim Elizabeth Fry-ın şəklinin, ölkənin keçmiş baş naziri Uinston Çörçilin şəkli ilə əvəz edilməsinə aid verilən qərara etiraz edirlər. Dəyişikliklərin 2016-cı ildə dövriyyəyə yeni dizayn ilə buraxılacaq banknotun üzərində aparılması nəzərdə tutulur.

"The Women`s Room" təşkilatı öz saytlarında hazırki qərarın ləğv edilməsi ilə bağlı səsvermə keçiriblər. Onların bildirdiklərinə görə, Elizabeth Fry hazırda yeganə qadındır ki, xidmətlərinə görə Britaniya pul vahidinin üzərində şəkli əks olunub. Pul vahidlərinin üzərində kraliça II Yelizavetanın da şəkli həkk olunsa da, o bu şərəfə qadın hüquqlarını fəal olaraq qoruduğuna görə deyil, öz monarx titulu ilə nail olub.

Feminist təşkilat həmçinin Britaniya Bankının bu qərarını Böyük Britaniya rəsmilərinin ölkənin tarixində qadınların rolunun qiymətləndirilməməsi kimi qəbul ediblər. Bankdan isə bildiriblər ki, bu mübahisəli məsələnin həlli Mervin Kinqin rəhbərliyi altında qalsa da, cəmiyyət də bu məsələnin həllinə qoşula və digər namizədlər təklif edə bilərlər.

"The Women`s Room" Elizabeth Fry-ın rəsminin Mary Wollstonecraft (yazıçı, "Qadın hüquqlarının qorunması" essesinin müəllifi), Mary Seacole (tibb bacısı və Krım müharibəsinin qəhrəmanı) və yaxud Rosalind Franklin (biofizik)in rəsmi ilə əvəz olunmasını təklif edirlər.

Hazırda dövriyyədə olan bütün Britaniya banknotlarının üz tərəfində kraliça II Yelizavetanın şəkli həkk olunub. 5 funtluq pul vahidinin digər üzündə Elizabeth Fry-ın, 10 funtun üzərində təbiətşünas Charles Darwinin, 20 funtun üzərində isə iqtisadçı Adam Smitin şəkli vardır.

Bundan başqa dövriyyədə üzərində İngiltərə bankının ilk rəhbəri Con Hublonun şəkli olan 50 funtluq pul vahidi də var. Həmçinin 2011-ci ildə digər üzündə buxar mühərrikinin ixtiraçısı James Watt və onun şəriki sənayeçi Matthew Boultonun şəkli olan banknotlar da vardır.

Mətanət
AzNews.az
Bağla X