18:10
(077) 610-22-33

Canlı yayımda silahlı hücum

  • >
278 18 May 2013 12:16 | Dünya

Kann finofestivalının münsiflərinin qatıldığı proqram yarımçıq kəsilib



Fransada keçirilən 66-cı Kann beynəlxalq kino festivalında dəhşət anları yaşanıb. "Canal +" fransız kanalında canlı yayımını silah səsləri kəsib. Festivalın müsiflər heytətinin üzvləri - aktyorlar Kristof Valtz və Daniel Auteuilnin qonaq olduğu proqrama hücum olub.

Hadisə yerli saatla 20.07-də baş verib. Çəkiliş meydançasına yaxınlaşan bir həfər əlindəki silahla hvaya iki dəfə atəş açıb. Təşvişə düşən qonaqlar və izləyicilər bir anda qaçışmağa başlayıblar. Şəxsiyyəti bilinməyən basqınçı tamaşaçılara qışqıraraq "yerinizdə olsam burada dayanmazdım" deyib. Canlı yayım hücumla bağlı olaraq yarımçıq kəsilib.

Dərhal hadisə yerinə gələn polislər ruhi xəstə olduğu güman edilən kişini yaxalaya biliblər. 42 yaşlı şəxsin üzərində silahdan əlavə bir ədəd saxta əl bombası və bıçaq da aşkarlanıb.

Onun atəş açdığı silahın isə filmlərdə istifadə edilən, gerçəyə çox bənzəyən, lakin ölümə səbəb olmayan tapanca olduğu bəlli olub. Polisin sorğusunda isə o "Bunu Tanrı adına edirəm" deyə bağırıb.

Hücumcu yaxalandıqdan sonra proqram gecikmə ilə yenidən başlayıb.

Bu hadisədən sonra beynəlxalq festivalda mühafizəçilərin sayı artırılıb.

Fransanın daxili işlər naziri Manuel Valls baş verən hadisə barədə jurnalistlərə açıqlama verib. (anspress)

AzNews.az
Bağla X