19:50
(077) 610-22-33

Fransada dini tolerantlıq mövzusunda tədbir keçirildi

  • >
420 17 İyun 2013 09:43 | Dünya

Fransanın Bordo şəhərində Azərbaycanda dini tolerantlıq mövzusunda tədbir keçirilib.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, tədbir Avropa Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycanda dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə danışıb: "Azərbaycanın tolerantlıq modelinin əsasında xalqın dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri və Azərbaycan dövlətinin tolerantlığa təşviq edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət dayanır. Azərbaycanda dini tolerantlığı əks etdirən faktlar tədbir iştirakçılarının geniş marağına səbəb olub".

Tədbirdə iştirak edən Fransanın "Fəxri legion" ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubru, Jirond Müsəlman Federasiyasının baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akitin Şurasının prezidenti Albert Roşe, Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza Azərbaycanda toleranlıq ənənələrinin formalaşmasının tarixi, siyasi, geosiyasi kökləri barədə öz fikirlərini paylaşaraq Azərbaycan hökumətinin həyata keçirdiyi pozitiv sekulyarizm modelinin Fransa və bir sıra başqa Avropa dövlətləri tərəfindən örnək alına biləcəyini qeyd ediblər.

Sonda məruzəçilər Bordo ictimaiyyətinin nümayəndələri və Jirond əyaləti deputatlarından ibarət tədbir iştirakçılarının Azərbaycanın unikal tolerantlıq modelinin digər ölkələrdə tətbiqi imkanları barədə suallarını cavablandırıblar.//trend//

AzNews.az
Bağla X