04:04
(077) 610-22-33

Yunanıstanda yeni hökumət formalaşdırıldı

  • >
447 25 İyun 2013 07:06 | Dünya

Demokratik sol partiya Yunanıstan hökumətini tərk etdikdən sonra kabinetdə ciddi dəyişikliklər baş verib.

Xarici işlər, müdafiə, ədliyyə və inzibati islahatlar nazirləri dəyişiblər, kabinetə PASOK partiyasının yeni nümayəndələri daxil olublar. Dəyişikliklər barədə hökumətin rəsmi nümayəndəsi Simos Kedikoğlu məlumat verib.

Yeni kabinetdə 49 nəfər var.

PASOK lideri Evanqelos Venizelos baş nazirinin müavini və xarici işlər naziri təyin edilib, keçmiş XİN başçısı Dimitris Avramopulos müdafiə naziri, keçmiş müdafiə naziri Panos Panayotopulos mədəniyyət naziri postuna gətirilib.

Kiriakos Mitsotakis inzibati islahatlar nazirliyinə başçılıq edəcək. Maliyyə naziri Yannis Sturnaras və dövlət naziri Dimitris Stamatis vəzifələrini qoruyublar.

Kabinetdə yeni infrastruktur və nəqliyyat nazirliyi yaradılıb. Nazirliyə PASOK-dan Mixalis Xrisoxoidis başçılıq edəcək.

Xaralambos Atanasiu ədliyyə, İoannis Maniatis ətraf mühit və energetika naziri təyin ediliblər.

İnkişaf naziri Kostis Xadzidakis, kənd təsərrüfatı naziri Atanasios Tsavtaris, təhsil və mədəniyyət naziri Konstantinos Arvanitopulos, turizm naziri Olqa Kefaloyanni, ictimai asayiş naziri Nikos Dendias, əmək naziri Yannis Vrutsis vəzifələrində qalıblar.

Adonis Qeorqiadis səhiyyə, Yannis Mixelakis daxili işlər, Miltiadis Varvitsiotis ticarət donanması naziri təyin olunublar. Teodoras Karaoğlu Makedoniya və Frakiya əyalətləri naziri postunu qoruyub.//apa//

AzNews.az
Bağla X