15:59
(077) 610-22-33

Suriya İordaniya sərhədində atışma

  • >
482 27 İyul 2012 14:16 | Dünya

1 azyaşlı uşaq güllələndi

Suriya İordaniya sərhədində atışma hadisəsi qeydə alınıb. AzNews.az saytının Türkiyənin haber365.com saytına istinadən verdiyi məlumata görə, Suriyadan İordaniyaya keçmək istəyən ailə Suriya əsgərləri tərəfindən atəşə tutulub.
Nəticədə bir azyaşlı uşaq həyatını itirib. Xəbəri İordaniyanın informasiya naziri Sameeh Maaytah təsdiqləyib. Xatırladaq ki, hal-hazırda İordaniya ərazisində 140 min Suriyalı sığınacaq alıb. Hadisəyə şərh verən Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan belə bir hadisəni gözlədiyini bildirib.

AzNews.az
Bağla X