İmam xəstəxanalıq oldu

Türkiyədə "Cübbəli Əhməd Xoca" kimi tanınan imam Ahmet Mahmut Ünlü həbsxanadan xəstəxanaya aparılıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cübbəli Əhməd Xoca" şəkərinin qalxmasına görə xəstəxanaya yerləşdirilib. O, 3 saat xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya göndərilib. Həkimlər onun səhhətində ciddi problemin olmadığını deyiblər. Xatırladaq ki, imam kimi tanınan "Cübbəli Əhməd Xoca" təcavüzkar əməllərinə görə həbs olunub.

İlkin

AzNews.az