09:00
(077) 610-22-33

Əsədin baş naziri müxalifətə qoşuldu

  • >
638 6 Avqust 2012 15:15 | Dünya

“Mən bu gündən cinayətkar və terorçu rejimdən ayrılıram və...”


Suriyanın istefaya göndərilən baş naziri Riad Farid Hijab müxalifətə qoşulduğunu bəyan edib. O bu bəyanatı dövlət televizyasında istefası ilə bağlı xəbər yayıldıqdan sonra verib. AzNews.az aljazeera.com saytına istinadən xəbər ki, istefasından sonra İordaniyaya qaçan Riad Farid Hijab bildirib ki, "mən bu gündən cinayətkar və terorçu rejimdən ayrılır, azadlıq və şərəf inqilabına qoşuluram". Keçmiş baş nazirin bəyənatını onun adından sözcüsü Muhamməd el-Etri açıqlayıb. Bundan əlavə Etri Hijabın istefaya göndərildiyini də təkzib edərək deyib ki, "sadəcə onlar onun ölkəni tərk etdiyinin fərqinə vardıqdan sonra dövlət televizyasında bu xəbəri yaymaq məcburiyyətində qalıblar". Etri həmçinin qeyd edib ki, Hijabın istefaya göndərilməsi planı bir neçə ay bundan əvvəl olub və onun Azad Suriya Ordusu ilə əməkdaşlıqda əlinin olması ortaya çıxıb. Etri həmçinin əlavə edib ki, - "indiki Əsəd rejimi yalnız bir dili anlayır o da qan tökmək dilidir".


Sadiq

AzNews.az


Bağla X