02:34
(077) 610-22-33

ABŞ - Fələstin görüşündə gərginlik yaranıb

  • >
812 8 Noyabr 2013 19:11 | Dünya


Con Kerri ilə Fələstin prezidenti arasında gərginlik yaranıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İordaniyanın paytaxtı Ammanda keçirilən görüş Fələstinin Amman səfiri Atallah əl-Hayrinin evində keçirilib. Görüşün başlanmasından 10 dəqiqə sonra ABŞ xarici işlər naziri Kerri əsəbi bir şəkildə yığıncaqdan çıxıb və səfirin evinin bağçasında oturub.

Kerri bağçada bir neçə telefon görüşməsi etdikdən sonra yığıncağa geri dönüb.

Görüşdə İsrail-Fələstin sülh müzakirələrinin təməlinə zidd olan və Qüdsün zaman və məkan olaraq Fələstinlilər ilə İsraillilər arasında bölünməsini nəzərdə tutan İsrail layihəsi müzakirə olunub. Fələstin tərəfi isə sözügedən layihəyə qəti şəkildə qarşı çıxıb.

AzNews.az
Bağla X