13:42
(077) 610-22-33

Müsəlmanlar təhqir edildi

  • >
931 16 Noyabr 2013 12:11 | Dünya

Almaniyada müsəlmanlar təhqir olunub.

Almaniyanın Leypsiq şəhərində tikiləcək məscid ərazisində taxta saplarına keçirilmiş donuz başları atılıb və litrlərlə donuz qanı tökülüb.

"Bild" qəzetində yazılan xəbərə görə, yanğın xəbəri alan yanğınsöndürənlər, Qohlis bölgəsində Pakistan mərkəzi tərəfindən tikiləcək yeni məscidin ərazisinə gəlib.

Burada aparılan yoxlama işləri zamanı zibil qutularının içində od qalandığı və əraziyə taxta saplarına keçirilmiş donuz başlarının atıldığı görüldü. Hadisə ilə əlaqədar, Leypsiq polisi hadisə ilə əlaqədar istintaq aparır.

Polisin mətbuat katibi Uve Voigt məscid ərazisində şəxsiyyəti hələ ki məlum olmaya bir nəfər taxtalara batırılmış donuz başları tapdıqlarını və əraziyə çoxlu miqdarda qanı töküldüyünü videoya çəkib. Voight hadisənin xaricilərə qarşı düşmənçiliyi olan bir nəfərin etdiyini ehtimal edir.

Qeyd edək ki, Gohlis bölgəsində 2 minarəli məscid tikməyi planlaşdırılır. (anspress)
Bağla X