11:59
(077) 610-22-33

Putin: "Ukraynadakı hadisələr daha çox talanı xatırladır"

  • >
530 2 Dekabr 2013 20:41 | Dünya

AzNews.az - ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır.

Putin onu da qeyd edib ki, Kiyevdə və digər şəhərlərdə baş verənlərin heç də hamısı Ukraynanın Avropa İttifaqı ilə münasibətləri ilə bağlı deyil.

"İndi Ukraynada baş verənlər 2015-ci il prezident seçkilərinə hazırlıqdır. Bu, daxili siyasi prosesdir, müxalifətin hakimiyyətin mövqelərini sarsıtmaq cəhdidir", - deyə o vurğulayıb.


AzNews.az
Bağla X