07:30
(077) 610-22-33

Kliçko qardaşları bir neçə saat mühasirəni saxladı

  • >
590 9 Dekabr 2013 22:32 | Dünya


Vladimir və Vitali Kliçko qardaşları ötən bir neçə saat ərzində Kiyevdə DİN -in binası yaxınlığında və prezident administrasiyası ətrafında mühasirəni qoruyub saxlaya bilib.
AzNews.az - ın Vesti. RU - ya istinadən xəbərinə görə Şelkoviçnoy və Boqomoleç küçələrinin tinlərində piket təşkil edən aktivistlər bir neçə saat daxili qoşunların və "Berkut"un hərtərəfli hücumuna dözüm göstərib. "Udar" - ın lideri və bu partiyadan millət vəkili olan Vitali Kliçko daim aktivistlərin arasında olub.
Kliçko "Berkut"un və daxili qoşunların döyüşçülərini dinc piketçilərə hücum etməməyə şağırıb.
Bundan başqa partiya hər an hücum təhlükəsi olduğuna görə əməkdaşlarına təcili "Udar"ın ofisini tərk etməyi tapşırıb.
Əvvəlcə "Batkivşina"nın ofisində axtarış edilməsi barədə xəbər yayılmışdı. Bir az sonra isə bu xəbəri DİN təkzib edib.

Azər
AzNews.az

Bağla X