00:35
(077) 610-22-33

Qəddafinin xəzinəsi haradadır?

  • >
1 470 15 Avqust 2012 11:36 | Dünya

Pulların daşınması üçün xüsusi maşınlardan istifadə olunub


Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafinin xəzinəsi hələ tapılmayıb. İsveçrədə çap olunan "Suntak Tsaytunk" qəzeti bu barədə yazdığı məqalədə bildirib ki, Qəddafinin gizli sərvəti haqda məlumatları özündən başqa təkcə inandığı yaxını olan Bəşir Saleh bildirdi.


Lakin o, Liviya diktatoru devrildikdən sonra gizləndiyindən harada olması barədə məlumatlar yoxdur. B.Salehi Qəddafinin neft gəlirlərinin müxtəlif sahələrə yatırılması işinin təşkilatçısı, Qəddafinin müxtəlif banklardakı sərvəti barədə məlumat sahibi və "sirrlər xəzinəsi" hesab olunurdu.

Məlumat üçün bildirək ki, Qəddafinini külli miqdarda pulu əvvəllər İsveçrə banklarında saxlanılıb. Lakin İsveçrə dövləti ilə Qəddafi ailəsi arasında problemlər yarandıqdan sonra vəsait Avropa ölkələrinin digər banklarına, əsasən də Böyük Britaniya banklarına köçürülüb. Liviya diktatorunun ailəsinin hər hansı bir üzvünə pul lazım olduğu zaman ölkənin maliyyə naziri imzası ilə həmin vəsait rahatlıqla banklardan çıxarılıb.

Bəzən bank hesabından çıxarılan pulun həcmi o qədər çox olub ki, onları daşımaq üçün ayrıca maşın nəzərdə tutulub. M.Qaddafi devrildikdən sonra onun həyat yoldaşı və 4 övladı Əlcəzairə sığınaraq orada yaşayır. Bəzi məlumatlara görə Əlcəzair dövlətinin onlara sığınacaq verməsinin səbəbi məhz külli miqdarda pulun olmasıdır. Lakin Əlcəzair dövləti Qəddafı ailəsinə sığınacağı insani hisslərə görə verdiyini bildirir.


Alpər

AzNews.az

Bağla X