Çində avtobus partladı - 3 ölü, 24 yaralı


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimal - cənub əyaləti olan Şansinin Veynan şəhərində şəhərlərarası sərnişin avtobusunda partlayış baş verib. İlkin məlumata görə 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Hüquq - mühafizə orqanları partlayışın səbəblərini araşdırır. Rəsmi versiya hələ ki. yoxdur.
Məlum olub ki, avtobus Sian şəhərinin inzibati mərkəzindən keçib. Partlayış avtovağzalın yaxınlığında olan zaman baş verib.


Azər
AzNews.az