01:20
(077) 610-22-33

BMT Suriyada fiaskoya uğradı

  • >
679 17 Avqust 2012 10:12 | Dünya

BMT-nin Suriya sülhməramlı missiyasının mandatı uzadılmadı





BMT Təhlükəsizlik Şurasının sülhməramlı
missiyasının mandatı gözlənildiyi kimi uzadılmadı. AzNews.az-ın xinhuanet.com
saytına istinadən verdiyi xəbərə görə, qərar BMT Təhlükəsizlik Şurasının xüsusi
iclasında qəbul olunub. Səbəb kimi isə problemin sülh yolu ilə tənzimlənməsinə
ümidlərin azalması göstərilir. Bunula belə, BMT-nin qərarında müsbət məqamlar da
mövcuddur. Təşkilat danışıqlarda tərəflərə yardımçı olmaq üçün Dəməşqdə mülki
mərkəzin yaradılmasına razılıq verib.

Bəzi ekspertlər BMT-nin bu addımını Suriyada istənilən şərtlərlə mövcud olmaq
istəyi kimi xarakterizə edirlər və hesab edirlər ki, təşkilatın Suriya ilə
bağlı qərarlarında məntiqi ardıcıllıq yoxdur. Səbəb kimi isə, Annandan sonra
Suriya üzrə yeni sülhməramlı missiyaya Laxdar Braximinin seçilməsini
göstərirlər.



Qeyd edək ki, Laxdar Brahimi Annanı əvəz etməyə razılıq versə də, o, Suriya
üzrə sülhməramlı missiyanın adının dəyişdirilməsini və səlahiyyətlərinin
artırılmasını istəyib.



Sadiq

AzNews.az

Bağla X