05:39
(077) 610-22-33

Mustafa Cəmiloğlu: “Türkiyə bizə söz verib...”

  • >
566 5 Mart 2014 19:24 | Dünya

"Krım tatarları təhlükəyə məruz qalsa, köməyə gələn ilk dövlət Türkiyə olacaq".

APA-nın UNİAN agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Kiyevdə Krım Tatar Məclisinin sabiq sədri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmiloğlu deyib.

M.Cəmiloğlu görüş barədə Ukrayna jurnalistlərinə açıqlama verib: "Əhməd Davudoğlu mənə dedi ki, Krım tatarları təhlükəyə məruz qalsa, ilk köməyə gələn dövlətin Türkiyə olacağına şübhə etməyin. Türkiyənin xarici işlər naziri bir neçə gün əvvəl Ukraynaya səfər etdi və rəhbərliklə görüşlər keçirdi. Bu, onu göstərir ki, Türkiyə Ukraynaya öz strateji tərəfdaşı kimi baxır və Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Türkiyə iqtisadi və diplomatik kömək göstərməyə hazırdır. Türkiyədəki Krım tatarları da mitinqlər keçirərək hökumətdən Ukraynaya yardım etməsini tələb edirlər".

AzNews.az
Bağla X