09:40
(077) 610-22-33

Həmsədr: "İlham Əliyev və Serj Sarkisyanın görüşəcəyinə ümid edirik"

  • >
676 11 Mart 2014 09:55 | Dünya

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ümid edir ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq. Bu barədə C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, prezidentlər sülh prosesinin ən vacib məsələlərini müzakirə edə bilərlər.

Amerikalı həmsədr, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə keçirilən görüşünün də səmərəli keçdiyini qeyd edib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri ilə əsas məsələlər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səmərəli danışıqlar keçirildi.

AzNews.az
Bağla X